Tramp və xanımı koronavirusa yoluxdu


ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya koronavirusa yoluxublar.
Yeniavaz.com
“tass”a istinadən xəbər verir ki, ABŞ lideri bunu “Twitter” vasitəsilə elan edib: "Bu gecə ABŞ-ın birinci xanımı və məndə koronavirus müsbət oldu. Dərhal karantin və bərpa müddətimizə başlayacağıq. Birlikdə buna qalib gələcəyik".
Trampın həkimi ABŞ prezidentinin və həyat yoldaşının yaxşı olduqlarını bildirib. O, Trampın xəstəliyi dövründə vəzifələrini icra etməyə davam edə biləcəyini deyib.
Ağ Evin cədvəlinə görə Trampın cümə gününə olan bütün üz-üzə tədbirləri ləğv edilib.

DİGƏR XƏBƏRLƏR

Top