Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimov hazırda cəbhədə davam edən döyüşlərlə bağlı fikir bildirib.
Yeniavaz.com xəbər verir ki, professor, əməliyyatların tamamlanmasından sonra Ermənistan üçün nəticənin necə olacağını açıqlayıb.
Poliqolotun fikirlərini təqdim edirik:
"Bundan sonra azadlıq əməliyyatı necə tamamlanmasından asılı olmayaraq, Ermənistan üçün orta və uzun müddətdə nəticələr:
- Nə qədər özlərini yalanlamağa çalışsalar, yenilməzlik mifi dağılıb və bu milli moral üçün ciddi zərbədir.
- Siyasi böhran başlayacaq. Həm də Paşinyanı qəbul edənlərə və sevənlər üçün bu öldürücü olacaq. Ümidlərini itirəcəklər.
- Rusiyanın bu səfərki mövqeyi onu onlara göstərdi ki,
a) müstəqilliyini itiriblər,
b) Rusiyaya söz atanda cəzalandırılacaqlar,
c) Rusiya onları bərabər tərəfdaş görmür.
- Çox uzun müddətli iqtisadi böhran yaşanacaq, ölkə özünə gələ bilməyəcək.
- Yeni qaçqın və köçkün sürüsü Ermənistanın vəziyyətini daha çətinləşdirəcək. Yerlilər və gələnlər bir birindən nifrət edəcəklər.
- Ölkədən köç artacaq, çoxu heç vaxt geri dönməyəcək.
- Yeni imzalanacaq atəşkəs müqaviləsində onların aleyhinə bir sıra müddəalar olacaq.
- Ermənistanın gələcəyi yoxdur".