Əfqanıstanda hərbi məntəqəyə bombalı hücum - 9 ölü


Əfqanıstanın cənubundakı Helmand əyalətində hərbi tabora bomba yüklü nəqliyyat vasitə ilə hücum nəticəsində 9 nəfər həyatını itirib.
Yeniavaz.com
“AA”ya istinadən xəbər verir ki, hücum intihar xarakterli olub. Məlumat, Helmand valiliyinin sözçüsü Ömər Zuvak tərəfindən mətbuat konfransında verilib.
Hücumda 5 təhlükəsizlik işçisi və 4 mülki şəxsin həyatını itirdiyini bildirən Zuvak, 1 uşağın da yaralandığını açıqlayıb. Hücuma görə heç kəs məsuliyyəti üzərinə götürməyib.
 

DİGƏR XƏBƏRLƏR

Top