Türkiyəli xüsusi təyinatlı: “Bozqurdlarım Qarabağa getmək üçün hazır gözləyirlər” - VİDEO


Türkiyəli xüsusi təyinatlı, Trabzon Baş Polis İdarəsinin rəisi Mətin Alper Dağlıq Qarabağda gedən döyüşlərdən danışıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mətin Alper bir məmurun nikah mərasimində çıxış edərkən Qarabağ döyüşləri barədə dediyi sözlər izləyənləri duyğulandırıb:
“Burada onlarla bozqurdum “müdürüm bizi nə vaxt Qarabağa göndərəcəksən”-deyə gözləyirlər. Mənim igidlərim arxalarına baxmadan sadəcə və sadəcə onlara verilən tapşırığı qorxusuzca yerinə yetirmək üçün səbrsizlənirlər. Hamısını gözlərindən öpürəm”. Türkiyəli xüsusi təyinatlının bu sözləri salondakıların alqışları ilə qarşılanıb.

DİGƏR XƏBƏRLƏR

Top