Sumqayıtda transformatorun içində meyit tapıldı


Sumqayıt şəhərinin 9-cu məhəlləsində çəxsiyyəti məlum olmayan cəsəd tapılıb. 

Cəsəd Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həyətində yerləşən transformatorun daxilində aşkarlanıb. 

Meyit tanınmaz halda olduğundan şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.  

Meyit aidiyyəti üzrə təhvil verilib və aparılan ekspertizadan sonra cinsiyyəti müəyyən ediləcək. 

Faktla bağlı araşdırma aparılır.  /APA

DİGƏR XƏBƏRLƏR

Top