Bu tarixdən rayonlarda məktəblər ənənəvi formada açılır


“Oktyabrın 1-dən etibarən Bakı, Sumqayıt və Abşeronda ibtidai siniflərdə dərslər həftədə 2 gündən 3 günə keçiriləcək”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev brifinq zamanı deyib.
Onun sözlərinə görə, regionlarda şagird sayı 200-dən az olan məktəblər ənənəvi formada təhsilə davam edəcək:  “Biz məktəbləri iki kateqoriyaya bölürük. Şagird sayı 200-dən az və çox olan. Regionlarda şagird sayı 200-dən az olan məktəblərdə dərslər ənənəvi formada, dərs saylarının sayı artırılmaqla həftədə 5 dəfə keçiriləcək. Şagird sayı 200-dən çox olan məktəblərdə isə həftədə 3 dəfə olmaqla tədris davam edəcək. Bakı, Sumqayıt, Abşeronda isə həftədə 3 dəfə dərs keçiriləcək.
9-11-ci siniflər isə oktyabrın 15-dək distant təhsilə davam edəcək. Oktyabrın 15-dən sonra isə həftədə 2 və ya 3 dəfə tədrisə cəlb olunacaqlar”.
Qeyd edək ki, ölkədə şagird sayı 200-dən az olan 2307 məktəb var.

DİGƏR XƏBƏRLƏR

Top