4 oktyabrda ümrə ziyarətləri başlayır – Görüləcək tədbirlər açıqlandı


Səudiyyə Ərəbistanı ümrə ziyarətlərindən əvvəl Kəbədə görüləcək tədbirləri açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı tərəfindən verilən açıqlamaya görə, COVİD-19 tədbirləri çərçivəsində Kəbə və Həcərul-Əsvəd ətrafında qoyulan maneələrin orada qalacağı, ziyarətçilərin həmin yerə buraxılmayacağı deyilib. Məlumatda həmçinin bildirilib ki, Məscidi-Haram hər gün 10 dəfə dezinfeksiya ediləcək. Ümrə ziyarətinə gələnlər zəmzəm suyunu bağlı qutularda əld edə biləcək. Bütün ehtimallar nəzərə alınaraq koronavirus əlamətləri olan şəxslər üçün xüsusi otaqlar hazırlanıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 4 oktyabrdan etibarən ümrə ziyarətlərini mərhələli şəkildə açacağını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top