İrkutskda spirtli içkidən kütləvi zəhərlənməyə görə beş azərbaycanlı saxlanılıb

Rusiyanın İrkutsk şəhəridə “Boyarışkina” surroqat spirtli içkisindən kütləvi zəhərlənmə işi üzrə saxlanılardan biri Suriya əsillidir. “Yeniavaz.com”un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu məhkəmə nümayəndəsi Marqarita Cəfərova deyib. Onun sözlərinə görə, həmin şəxs Rusiyada çoxdan yaşayır və Rusiya vətəndaşıdır. M. Cəfərova qeyd edib ki, saxlanılanlar arasında beş azərbaycanlı da var. Son məlumata görə, kütləvi zəhərlənmədən ölənlərin sayı 74 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top