İsrail qüvvələri Fələstində bir evi uçurub

Fələstində, İsrail tərəfindən bir ev uçurulub. “Yeniavaz.az”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, evin sahibi İsa Cefir bildirib ki, səhər saatlarında polis və bələdiyyə işçiləri hadisə yerinə gələrək, evi dağıdıblar.

Qardaşlarıyla birlikdə həmin evdə yaşayan Cefir, evin sənədi olmadığı üçün uçurdulduğunu deyib. Cefir, “Evi 16 il bundan əvvəl tikmişik. Dəfələrlə sənəd almaq üçün bələdiyyəyə müraciət etsək də, onlar Qüdsdəki fələstinli əhali sayını məhdudlaşdırmaq üçün sənəd vermədi”, - deyə qeyd edib.

Beynəlxalq İnsan Hüquqları Təşkilatı, Qüdsdəki İsrail bələdiyyəsinin fələstinlilərə çox az tikinti sənədi verdiyini, Yəhudi mühacirlərin isə asanlıqla sənəd ala bildiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top