Hələbə hərbi polis batalyonu yeridilib

Asayişi qorumaq üçün Suriyanın Hələb şəhərinin azad edilmiş məhəllələrinə hərbi polis batalyonu yeridilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, İran və Türkiyə ilə əldə olunmuş razılıq çərçivəsində Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Suriyada dörd yaşayış məntəqəsi təcrid vəziyyətindən çıxarılıb: “Söhbət, o cümlədən İdlib ərazisindəki iki şiə məskənlərindən gedir. Oradan 1,5 min nəfər Hələbə yerləşdirilib. Bundan başqa, Dəməşq yaxınlığındakı iki yaşayış məntəqəsi də təcriddən azad edilib. Ümumilikdə oradan təqribən 9 min nəfər çıxarılaraq İdlibə göndərilib”.

DİGƏR XƏBƏRLƏR

Top