İrəvan “İskəndər”dən istifadə edərsə, Bakı adekvat cavab vəd etdi

Ermənistan tərəfindən “İskəndər” komplekslərindən istifadəyə Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavabı var.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “RİA Novosti”yə bildirib.

“Təəssüf ki, erməni tərəfindən hər şey gözləmək olar. Hərbi baxımdan cavab tədbirlərinin nə olacağını izah etmək mənim üçün çətindir... Əminəm ki, Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavabı var”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi  Artsun Ovannisyan “İskəndər” raket komplekslərindən və hücum təyyarələrindən istifadə edə biləcəklərini demişdi.

DİGƏR XƏBƏRLƏR

Top