Çin Azərbaycan və Ermənistanı dialoqa dəvət edib


"Ümid edirik ki, tərəflər təmkinli davranacaqlar və vəziyyəti daha da gərginləşdirəcək addım atmaqdan çəkinərək, münaqişəni siyasi dialoq yolu ilə həll edəcəklər".
Yeniavaz.com
“İHA”ya istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib.
Venbin mətbuat konfransında regional sülhün və sabitliyin qorunmasının Azərbaycan və Ermənistan da daxil olmaqla bütün tərəflərin marağında olduğunu vurğulayıb.
Qeyd edək ki, bu çağırış, Pekin administrasiyası tərəfindən Azərbaycan və Ermənistan arasında baş verən münaqişə ilə bağlı verilmiş ilk bəyanatıdır.

DİGƏR XƏBƏRLƏR

Top