Ermənilər hərbçilərinin öldüyünü açıqladı


“Hələlik itkilər barədə danışmaq üçün çox tezdir. Məlumatlar ehtiyac olduğu təqdirdə yayımlanacaq”. 

Yeniavaz.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsun Ovanisyan deyib.

O, cəmiyyəti konkret rəqəmləri açıqlamaqda tələsməməyə çağırıb. 

Bundan əvvəl isə Qondarma “Dağlıq Qarabağ” rejiminin “Təhlükəsizlik Şurası”nın nümayəndəsi Samvel Babayan hərbi itkilərin 10 olduğunu açıqlamışdı. 

Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

DİGƏR XƏBƏRLƏR

Top