Prezident Zelenskiyə başsağlığı verdi


Prezident İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı məktubu göndərib. 
Yeniavaz.com xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,
Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

DİGƏR XƏBƏRLƏR

Top