Azərbaycanda məktəb direktoru vəzifəsinə boş olan yerlərin sayı AÇIQLANDI


Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq.

Bu barədə Təhsil Nazirliyindən məlumat yayıb.

Qeyd edək ki, direktorların işə qəbulu üzrə müsabiqəyə sentyabrın 28-dən start veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 2 oktyabr saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər:

https://edu.gov.az/upload/file/vakansiya/2020/D%C4%B0Q_vakant_yerler.pdf

DİGƏR XƏBƏRLƏR

Top