İranda yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, İranda son 24 saatda 207 nəfər COVİD-19-dan dünyasını dəyişib, 3 min 563 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə, İranda koronavirusdan ölənlərin ümumi sayı 25 min 222-yə, yoluxanların sayı isə 439 min 882-yə çatıb. 369 min 842 nəfər isə müalicə alaraq sağalıb.