4 avtomobil toqquşdu, 50-dən çox xırdabuynuzlu heyvan tələf oldu - FOTOLAR


Yol nəqliyyat hadisəsi magistral yolun Goranboy rayonundan keçən hissəsində baş verib.
Yeniavaz.com
xəbər verir ki, qəfil yola çıxan xırdabuynuzluları əvvəlcə yük maşını vurub. Ardından “Mersedes Vito” markalı avtomobil sürüyə çırpılıb. Qoyunların yolda qalan cəsədinə çırpılmamaq üçün sürətini azaldan “Tofaş” markalı minik maşınına isə “Ford” markalı yük maşını çırpılıb. Hadisə zamanı xəsarət alan olmasada avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.7

Esmira Hidayətova, Goranboy
 

DİGƏR XƏBƏRLƏR

Top