Qəpik-quruşa satılan bu məhlulla soyuqdəyməyə İNANILMAZ ÇARƏ

Bildiyimiz kimi müasir dövrdə apteklərdə boğaz ağrısı və soyuqdəymə xəstəlikləri üçün bir çox dərman preparatları satılır. Çeşidin və müxtəlif yerlərdə dərman vasitələrinin reklamının çox olması sovet dövrünün faydalı dərmanlarını unutmağa gətirib çıxardır. Bu gün sizlərə qədim və sovet dövrünün ən çox istifadə olunan məhlulu lüqol haqqında məlumat verəcəm. 
Yeniavaz.com
lüqol məhlulunun faydalarını təqdim edir: 
Uşaqlığı sovet və postsovet dövrünə təsadüf edən bir çox insan boğazağrısı və soyuqdəymə zamanı bu məhluldan istifadə edib. Yoda bənzər və qəpik-quruşa satılan məhlul həm böyüklər, həm də kiçilər tərəfindən istifadə edilə bilər. Lakin 12 yaşdan kiçik uşaqlara həkim məsləhəti olmadan vermək əks təsir göstərə bilər. 
Bu məhlul əsasən tənəffüs yollarının müalicəsində istifadə edilir və immuniteti gücləndirərək payız-qış fəslində hər kəsin əziyyət çəkdiyi qrip, soyuqdəymə boğaz ağrısı və boğazda iltihab, qızartı kimi xəstəliklərə faydalıdır. Bundan başqa faringitin müalicəsində də lüqoldan istifadə edilir. Lakin məhlulu istifadə etməzdən öncə həssas olan insanlara allergik reaksiya verə biləcəyini də unutmamaq lazımdır. Əgər siz lüqolun sprey formasını almısınızsa, gün ərzində 3-4 dəfə istifadə edə bilərsiniz. İstifadəsi zamanı dərmanın alt tənəffüs yollarına girməsinin qarşısını almaq üçün ehtiyyatlı olmalısınız  Bundan başqa uzunmüddətli istifadəsi (2 həftədən çox) istifadəsi tövsiyyə edilmir.  
HAŞİYƏ: Hipertireoz (qalxanabənzər vəzinin funksiyasının artması), böyrək və qaraciyər xəstəliyi olan şəxslər məhlulun müntəzəm istifadəsindən çəkinməlidirlər.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top