“Fərat qalxanı” əməliyyatında 1005 İŞİD-çi, 299 YPG-li öldürülüb

“Fərat qalxanı” hərəkatı qanuni müdafiə haqqımıza uyğun olaraq terrot dəhlizinin formalaşmasınının qarşısını almaq, xalqımızın təhlükəsizliyini təmin etmək təhlükəsiz bölgə yaratmaq üçün başladılıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşık deyib. Onun sözlərinə görə, Türkiyə təkcə İŞİD terror qruplaşmasına qarşı deyil, həm də PKK/PYD/YPG terror təşkilatlarına qarşı da mübarizə aparır. Nazir qeyd edib ki, “Fərat qalxanı” əməliyyatı çərçivəsində bu günədək 1005 İŞİD terrorçusu zərərsizləşdirilib: “Öldürülən PKK/PYD/YPG terrorçuların sayı 299-dur. İŞİD-ə aid 4 tank, 621 bina, 61 müdafiə mövqeyi, 28 komanda mərkəzi, 17 silah anbarı məhv edilib. 2 min kvadratkilometr ərazi terrorçulardan təmizlənib, 225 yaşayış məntəqəsi azad edilib. 11 bomba yüklü nəqliyyat vasitəsi zərərsizləşdirilib. PKK/PYD/YPG-yə məxsus 14 bina, 4 müdafiə mövqeyi, 1 dron məhv edilib”. 120 gün əvvəl başlayan “Fərat qalxanı” əməliyyatında şəhid olan türk hərbçilərinin sayı 37-dir.

DİGƏR XƏBƏRLƏR

Top