
2006-cı ildə edam edilən İraqın keçmiş lideri Səddam Hüseynin qızı Raqhad həmin tarixdən sonar ilk dəfə müsahibə verib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Raqhad atasının tutulma anını əks etdirən görüntüləri heç vaxt izləmədiyini bildirib. İraqın 2003-cü ildə işğalından sonra qaçqın kimi İordaniyanın Amman şəhərində yaşayan Raqhad atasının ölümünə dair detalların çirkin və acı olduğunu qeyd edib: “Lakin şərəfli bir ölüm idi”. Atasının ölümünün öz, uşaqları, bacıları və onların uşaqları üçün qürurverici olduğunu deyən Raqhad İraqdakı xaosa görə ABŞ-ın məsuliyyət daşıdığını vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz