Keçmiş baş nazirin üzərinə un səpdilər

Fransanın keçmiş Baş naziri Manuel Vals gözlənilməz hücuma məruz qalıb. "Yeniavaz.com"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, naməlum adamlar Strasburqda keçmiş Baş nazirin üzərinə un səpərək onu tanınmaz hala salıblar. Eks Baş nazir bu hadisədən şoka düşüb və bir müddət özünə gələ bilməyib. Hələlik Valsı təhqir edənləin kimliyi bilinmir. Polis baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, Manuel Vals Fransada gələn ilə keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirak etmək niyyətindədir. O Fransa Sosialist Partiyasından prezidentliyə namizədliyini irəli sürəcək və bununla əlaqdar artıq partiya üzrə tərəfdaşlarının razılığını da alıb.

DİGƏR XƏBƏRLƏR

Top