"Gözəlliyin bir anı"ndan söhbət

Bu günlərdə Muzey Mərkəzinin Sərgi Qalereyasında gənc rəssam Tamilla Gasanovanın "Gözəlliyin bir anı" adlı fərdi sərgisi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgi maraqla qarşılanıb.

...Sərgidə hər bir əl işinə baxanda açıq-aydın hiss olunur ki, gənc rəssam sənətseverlərə sakit, əlvan elementlər və rəngin harmoniyası ilə tamamlanmış gözəlliyi təqdim edir. Bu mənada onun müxtəlif üslublara - realizmdən abstraktsionizmə, klassik tərzdən impressionizmə keçidi anlaşılandır. Heç şübhəsiz ki, bu fərqlilik dünyamızın müxtəlifliyindən irəli gəlir. Odur ki, rəssam onun bütün tərəflərini eyni tərzdə təsvir etməyib.

Tamilla Gasanovanın işləri arasında peyzaj və portretlər də var, milli natürmortlar də... Sərgidə tanış olduğum bir sənət adamının sözləri ilə desək, portret üzərində işləyərkən rəssam sanki ruhun bütün dəyişkənliyini kağıza köçürməyi qarşısına məqsədi qoyur. O, bizim gündəlik həyatımızda cəmiyyətə ötürdüyümüz əhval-ruhiyyəni, obrazı çatdırmağa çalışaraq insanın rəngarəng, işıqlı və səciyyəvi xususiyyətlərini vurğulayaraq təsvir edir. Real landşaftla yetkin insanın düşüncələri ilə vəhdəti də "Əbədiyyət cəvahiratı axtarışında", "Təbiət ahəngi" və s. işlərin məzmununu təşkil edir. Bununla da o, insanların həyatına gözəllik, sevinc və harmoniya gətirməyə çallışır. Axı müasir incəsənət tolerantlıq, fikir müxtəlifliyinə səbrli yanaşma kimi xüsusiyyətlərin yaranmasına səbəb olur.

Bu cür gözəl əsərləri ərsəyə gətirən rəssamın sözlərinə görə, əsərlərinin ideyaları uzun müddət ərzində formalaşmır, bu daha çox bir anda baş verən qığılcım nəticəsində yaranır.

DİGƏR XƏBƏRLƏR

Top