Yaponiyada ABŞ təyyarələri əleyhinə mitinq keçirilib

Yaponiyanın Okinava adasındakı Naqa şəhərinin 4 mindən artıq sakini bölgədəki ABŞ təyyarələrinin uçuşları əleyhinə etiraz aksiyasına baş vurublar. "Yeniavaz.com"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə aksiya iştirakçıları ABŞ təyyarələrinin ada üzərindəki uçuşlarının əhalinin rahatlığını pozduğunu və onlar üçün təhlükə əmələ gətirdyini bəyan ediblər. Öz növbəsində etiraz aksiyasında çıxış edən Okinava prefekturasının qubernatoru Takesi Onaqa Yaponiya və ABŞ hökumətindən adada yeni təyyarələrin yerləşdirilməsinin dayandırılmasını tələb edib. Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın Okinavada yerləşdirdiyi yeni təyyarələrdən biri təlim zamanı idarəetməni itirərək dənizə düşüb. Lakin son vaxtlar ABŞ həmin təyyarələri Okinava adasının şimalındakı bazada yerləşdirməyə başlayıblar. Bu isə əhali arasında təşvişlə qarşılanmaqdadır. Onu da deyək ki, hazırda Okinavada 25 min ABŞ hərbi qulluqçusu və 19 min nəfər onların ailə üzvləri yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top