Dünyanı heyrətə gətirən uşaqlar

Pakistanda iki uşağın başına gələn hadisə görənləri heyrətə gətirir. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, günorta normal hərəkət edə bilən 2 uşaq axşam günəş batdıqdan sonra iflic olur. 9 yaşlı Abdul və 13 yaşlı Şuayb adlı qardaşların anası övladlarının indiyə qədər rastlaşılmayan bir xəstəliyə düçar olduqlarını və müalicə üçün hər yola əl atdıqlarını bildirib. “Günəş uşaqları” olaraq adlandırılan uşaqlar anadan olduqdan bəri bu xəstəlikdən əziyyət çəkir. Uşaqların müalicəsi ilə maraqlanan həkimlər, “Biz bu uşaqların niyə gün içərisində aktiv olduğunu araşdırırıq. Qaranlıq bir otaqda olsalar belə gündüz saatlarında hərəkət edə bilirlər. Ancaq günəş batdıqdan sonra nə yemək yeyə bilirlər, nə hərəkət edə bilirlər, nə də danışa bilirlər”-deyib.

DİGƏR XƏBƏRLƏR

Top