Şengen zonasına aid sərhəddə yoxlamanın müddəti daha 3 ay uzadılıb

Avropa İttifaqı Komissiyası 5 ölkənin sərhədində nəzarət məqsədi ilə sənədlərin yoxlaması müddətinin uzadılması haqqında qərar qəbul edib. Türkiyə mediasının məlumatına görə, Almaniya, Avstriya, Norveç, Danimarka və İsveçlə Şengen müqaviləsinə üzv dövlətlər arasında nəzarət yoxlamasının müddəti daha 3 ay uzadılıb. Məlumata görə, 2015-ci ildə qəbul edilən bu qərarın müddəti noyabrın 12-də başa çatacaq. Avropa İttifaqı Komissiyası sədrinin müavini Frans Timmerman məsələ ilə bağlı deyib: "Şengen zonasında normal fəaliyyətə qayıtmaq üçün daha çox səy göstəririk. Biz bu istiqamətdə çox işlər görsək də hələlik istədiyimiz səviyyəyə gəlib çatmamışıq".

Report

DİGƏR XƏBƏRLƏR

Top