2017-ci ildə hakerlər Rusiyada səylərini bankomatların (ATM) köməkliyi ilə pul oğurluğuna cəmləşdirəcəklər. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, mütəxəssislərin hesablamalarına əsasən, gələn il ATM-lərin köməkliyi ilə törədilmiş oğurluqların həcmi 2,5 milyarddan çox rubl təşkil edə bilər. Bu, 2016-cı ilin göstəricisindən 25-30 faiz çoxdur. Ekspertlərin fikrincə, əsas riskləri banklar daşısalar da, əgər kiber cinayətkartlar bankomatı zərərli proqram təminatı ilə “yoluxdursalar” oğurlanmış pulları qaytarmaq çətin olacaq, çünki kartdan pul oğurlanması faktını sübut etmək çətin olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz