
Bu gün Almaniyada yaşayan minlərlə gənc müsəlman milad bayramı münasibəti ilə keçirilən sərgidə baş verən terakta etiraz əlaməti olaraq aksiya keçiriblər. "Yeniavaz.com"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, terror əleyhinə keçirilən aksiyada Berlində sığınacaq alan miqrantlar da iştirak ediblər. Aksiya iştirakçıları "Biz hamımız bir dünyayıq" simvolik mahnısını oxuyublar. Terror əleyhinə aksiyalar Almaniyanın digər şəhərlərində də keçirilib. Frankfurt-Mayn şəhərində bir qrup gənc müsəlman əllərində "Mən müsəlmanam, terrorçu deyiləm" deyilən plakatlar tutaraq küçə yürüşündə iştirak ediblər. Öz növbəsində Almaniya müsəlmanlarının koordinasiya şurası Berlindəki teraktı pisləyən bəyənat yayıb. Bəyanatda deyilir: "Terror yenə özünün iyrənc simasını göstərdi. O günahsız insanları hədəfə alıb. Biz bütün hallarda terroru və onu həyata keçirənləri lənətləyirik".
Tətbiqimizi yükləyə bilərsiniz