
“Real” Madrid futbol klubu “Santyaqo Bernabeu” stadionunda mütləq döyüş çempionatı (UFC) şousu keçirməkdə maraqlıdır. “Yeniavaz.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şounun əsas hadisəsi yüngül çəki dərəcəsində çempion olan irlandiya Konor Makqreqor ola bilər. Klub gələn ilin may ayından iyul ayınadək 80 min nəfər tutumu olan stadionda döyüş gecələri təşkil etməyi planlaşdırır. K. Makqreqor karyerası ərzində 23 döyüş keçirib. Bunun 20-də qalib gəlib, 3 dəfə isə rinqi məğlub tərk edib.
Tətbiqimizi yükləyə bilərsiniz