Rusiyada son 2 ayın ən yüksək yoluxma halı qeydə alındı


Rusiyada yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, Rusiyada son sutkada 5 min 670 nəfər COVİD-19-a yoluxub. Bu rəqəmlər 26 iyuldan bu günə qədər olan ən yüksək rəqəmdir.  Son 24 saatda koronavirusdan ölənlərin sayı isə 132 olub.
Nəticədə, həmin ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 1 milyon 79 min 519-a, ölənlərin sayı isə 18 min 917-yə çatıb. 890 min 114 nəfər isə müalicə alaraq sağalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top