BMT Baş Assambleyasına seçilən yeni sədr bu gün vəzifəsinə başlayır


BMT Baş Assambleyasının 75-ci sədri Volkan Bozkır bu gün vəzifəsinin icrasına başlayır.
Yeniavaz.com
“Sputnik”ə istinadən xəbər verir ki, BMT-nin Baş qərargahında təşkil ediləcək mərasimdə hazırkı sədr Ticani Məhəmməd-Band vəzifə səlahiyyətlərini Volkan Bozkıra ötürəcək.
Volkan Bozkır, təşkilata üzv olan 193 ölkədən 173-nin dəstəyini alaraq sədr vəzifəsinə təyin olunub. O, bu vəzifəni 2021-ci ilin sentyabr ayına kimi davam etdirəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top