“İran Süleymaniyə görə bu ABŞ rəsmisinə sui-qəsd hazırlayır” – Trampdan sərt CAVAB


ABŞ prezidenti Donald Tramp İranı təhdid edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, tanınmış “Politico” qəzeti, İranın ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfirinə qarşı sui-qəsdə hazırlandığını bildirib. Bu iddia barədə danışan Tramp İran tərəfindən edilən hər hansı hücuma sərt şəkildə cavab veriləcəyini bildirib:
“Mətbuatda yer alan məlumatlara görə, İran Süleymaninin öldürülməsi səbəbilə qisas almaq üçün ABŞ-a qarşı sui-qəsd və ya başqa bir hücum planlaşdırır. İranın ABŞ-a qarşı istənilən formada hücumu tərəfimizdən 1000 qat daha böyük bir hücumla qarşılanacaq!"
Qeyd edək ki, iranlı general Qasım Süleymani 3 yanvar 2020-ci ildə İraqda hava limanından çıxarkən ABŞ-a aid pilotsuz təyyarələr tərəfindən vurularaq öldürülmüşdü.
 

DİGƏR XƏBƏRLƏR

Top