
Ermənistanda son sutka ərzində 107 nəfər koronavirusa yoluxub.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 45 969-a çatıb.
Son sutkada virusdan daha 3 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 919-a çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz