Bakı şəhərinin Qaradağ rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 80 kvm olan üç otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kvm sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.