Rusiyanın termonüvə raketi “Satan-2”nin fotoşəkilləri yayılıb

Rusiyanın böyük bir əraziyi bir dəfəyə kül edə bilmək xüsusiyyətinə malik olan termonüvə raketi “Satan-2”nin fotoşəkilləri yayılıb. “Yeniavaz.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 min kilometr məsafə qət edə bilmək xüsusiyyətinə malik "Satan-2" termonüvə raketi, saniyədə 7 kilometr sürətlə hətəkət edir. 40 megaton ağırlığında döyüş başlığı daşıma xüsusiyyəti olan Satan-2, ABŞ-ın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombasından 2000 dəfə daha güclüdür. Rusiya ordusunun “Şeytan” olaraq adlandırdığı “RS-28 Sarmat” raketinin isə, 2018-ci ildə hazır olacağı gözlənilir.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top