İngiltərədə koronavirus yenidən sürətlə yayılmağa başladı


İngiltərədə yeni növ koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, İngiltərədə son 24 saatda 3 min 539 nəfər COVİD-19-a yoluxub, 6 nəfər isə həmin xəstəlikdən vəfat edib. Nəticədə həmin ölkədə koronavirusa yoluxanların ümumi sayı 361 min 677-yə, ölənlərin sayı isə 41 min 614-ə çatıb.
Qeyd edək ki, İngiltərədə avqustun sonunda gündəlik təxminən 1000 yoluxma var idisə bu rəqəm cəmi iki həftədə 4 dəfə artıb. Həkimlər bu prosesi ikinci dalğa kimi qiymətləndirir.

DİGƏR XƏBƏRLƏR

Top