Prezident idman mütəxəssislərinə təqaüd və fəxri adlar verib - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Əzimov Abas Əzim oğlu

Məmmədyarov Qəhrəman Müslüm oğlu

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Allahverdiyev Tarverdi Əflan oğlu

Eyvazov Çingiz Abuzər oğlu

Əhədov Seymur Kamil oğlu

Feyzullayev Vaqif Səxavət oğlu

Krapivin Oleq Andreyeviç

Qurbanov Firudin Eyyub oğlu

Məmmədyarov Həmid Hilal oğlu

Salehli Bəhruz Qədir oğlu.

DİGƏR XƏBƏRLƏR

Top