Şəkidə tutulan ayı ilə bağlı nazirlikdən AÇIQLAMA


"Şəkidə tutulan ayı reabilitasiya mərkəzində müalicə olunur".

Bunu facebook-da yayımlanan “Ekspert saatı” verilişində yaralı heyvanlara nəzarətlə bağlı sualı cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firudin Əliyev deyib: “Bir neçə ay əvvəl Şəkidə tutulmuş ayının aqibəti  çoxlarını maraqlandırır. Bildirmək istəyirəm ki, həmin ayı hazırda nazirliyin reabilitasiya mərkəzində müalicə olunur. Karantinlə bağlı olaraq, vətəndaşların reabilitasiya mərkəzinə girişinə  icazə verilmir. Ayını görmək istəyənlər Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə gələrək, videosuna baxa bilərlər”.

DİGƏR XƏBƏRLƏR

Top