Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb


Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü olub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu gün Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub, Ümummilli Liderin burada ucaldılan heykəli önünə əklil qoyulub.
Nümayəndə heyəti daha sonra Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını – “Anıtqəbri” ziyarət edib.
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın adından “Anıtqəbri” önünə əklil qoyulub. Milli Məclisin Spikeri Xatirə kitabına ürək sözlərini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top