Ukrayna Rusiya ilə sərhəddə divar inşa edir

Bölgədə olan təhlükəli vəziyyəti nəzərə alaraq Ukrayna Rusiya ilə sərhəddə divar inşa etməyə başlayıb. "Yeniavaz.com"un RİA Novisti-yə istinadən verdiyi məlumata görə, divarın tam inşası maliyyə çatışmazlığı səbəbindən ləng gedir. Məsələyə münasibət bildirən Ukrayna Dövlət sərhəd xidmətinin rəhbəri Viktor Nazarenkonun sözlərinə görə hazırda nəzərdə tutulan işlərin yalnız 50 faizi görülüb. Nazarenko yerli "Qolos Ukrainı" qəzetinə verdiyi müsahibəsində: "Xarkov vilayətində ayırıcı sərhəd divarının inşası üzrə işlər 50 faiz yerinə yetirilib. Luqanskda isə divarın inşasına yalnız indi başlamışıq",-deyib.

Xatırladaq ki, Ukrayna rəsmiləri 2016-cı ilin əvvəllərində Rusiya ilə sərhəddə "Stena" (Divar) adı verilən güclü müdafiə obyekti tikintisinə başlayacağı barədə açıqlama vermişdilər. Sonra bu layihənin adı dəyişdirildi və "Avropa valı" adlandırıldı. Yeni divarın inşası 45 milyon dollara başa gələcək. Lakin maliyyə çatışmazlığı səbəbindən Ukrayna hökuməti bu il divarın inşasına cəmisi 7,5 milyon dollar ayıra bilib.

DİGƏR XƏBƏRLƏR

Top