
Azərbaycanda 3 şirkət ləğv olunaraq “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi” MMC-yə qoşulub.
Yeniavaz.com xəbər verir ki, “Dədə Qorqud adına İstirahət Mərkəzi” MMC (VÖEN: 1401394451), “Kometa-K” MMC (VÖEN: 1300102081) və “BB İnternəşnl A Konstrukşn Kompani AZE” MMC (VÖEN: 1600610501) ləğv olunduğunu elan ediblər.
“Dədə Qorqud adına İstirahət Mərkəzi” MMC-nin nizamnamə kapitalı 100 manat, “Kometa-K” MMC-nin nizamnamə kapitalı 500 avro ( 1000 manat), BB İnternəşnl a Konstrukşn Kompani AZE” MMC-nin nizamnamə kapitalı 12 000 000 avroya (24 000 000 manat) bərabərdir.
Qeyd edək ki, hər 3 şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Səməd Vurğun, ev 1006-cı məhəllədə yerləşir. Bundan başqa hər 3 şirkətin qanuni təmsilçisi Bağırov Bağır Baladadaş oğludur.
Məlumat üçün bildirək ki, “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi” MMC-nin nizamnamə kapitalı 27 milyon 85 min manat təşkil edir. 10.08.2001-ci ildə dövlət qeydiyyatına alınan Təhsil Kompleksinin hüquqi ünvanı Nəsimi rayonu, Səməd Vurğun, ev 151-də yerləşir. Qanuni təmsilçisi isə Mikayılova Aygün Arif qızıdır.
Maraqlı məqamlardan biri də odur ki, ləğv olunduğu barədə elan verən 3 şirkət - “BB İnternəşnl A Konstrukşn Kompani AZE” MMC, “Dədə Qorqud adına İstirahət Mərkəzi” MMC və “Kometa-K” MMC 2018-ci ildə də birləşərək yeni “Quba İstirahət Mərkəzi” MMC yaradılması nəticəsində ləğv olunduqlarını elan ediblər.
A. Cəfərov
Tətbiqimizi yükləyə bilərsiniz