
Rusiyanın Türkiyədə qətlə yetitrilən səfiri Andrey Korlova ölümündən sonra Rusiyanın Qəhrəmanı adı verilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb. Fərmanda deyilir ki, Rusiyanın Türkiyədəki səfiri vəzifəsində göstərdiyi dəyanət və mərdliyə, ölkənin xarici siyasi kursunun reallaşdırılmasında verdiyi töhfəyə görə Andrey Karlova Rusiyanın Qəhrəmanı adı verilsin. Qeyd edək ki, səfir dekabrın 19-da Ankarada sərgidə çıxış edərkən güllələnmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz