Çexiyada binalarda maska taxmaq məcburi oldu


Çexiyada koronavirusa yoluxanların sayı artdığı üçün ölkə üzrə bütün binalarda maska taxmaq məcburi olub.
Yeniavaz.com
“Sputnik”ə istinadən xəbər verir ki, Çexiya Səhiyyə naziri Adam Voyteç, bu qərarın müvəqqəti olaraq məcburi olacağını bildirib. Nazir həmçinin qeyd edib ki, buna mütəxəssislərlə bərabər qərar verilib.
Ötən gün Çexiyada 1164 yeni yoluxma faktı aşkarlanıb.
Çexiyada bu vaxta kimi COVID-19-dan 441 nəfər dünyasını dəyişib, 29 min 877 nəfər koronavirusa yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top