Obamadan gedə-getdə mühüm qərar

Prezidentliyinin son ayını yaşayan Barak Obama, öz postunu Donald Trampa verməmişdən əvvəl əhəmiyyətli bir qərar verib. “Yeniavaz.com”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, Obama, Şimal Buzlu Okeanı və Atlantik Okeanından neft və təbii qaz çıxarılmasını birdəfəlik qadağan edib. Ağ Ev, bu qərarın “güclü, davamlı və yaşaya bilən bir Şimal Qütbü iqtisadiyyatı və ekosistemi” üçün alındığını açıqlayıb.

Məlumat üçün deyək ki, Kanada da ABŞ kimi öz Şimal Qütbü ştatlarında belə bir addım atıb. Lakin Kanadada bu qərar 5 ildən bir nəzərdən keçirilsə də, ABŞ-ın qoyduğu qadağa daimi olaraq qalacaq.

Buna səbəb olaraq mədəni ehtiyaclar, vəhşi həyatla əlaqədar qayğılar və bölgənin neft sızıntılarına qarşı təhlükədə olması göstərilir. “Friends of the Earth” (Dünya dostları) təşkilatı, “Əvvəllər heç bir prezident sahil bölgələrinin təbii qaz və neft axtarışı üçün icarələnməsini dayandıran qanuna maneə törətməyib. Donald Tramp bu qərarı rədd etməyə çalışsa onda məhkəmədə görüşərik”, - deyə açıqlama verib. Lakin Amerika Neft İnstitutu “daimi qadağa” deyə bir şeyin mövcud olmadığını və Trampın qərarı rədd edəcəyinə ümid etdiklərini deyib.

DİGƏR XƏBƏRLƏR

Top