Rusiya baş naziri yanğın səbəbindən tədbirin keçirildiyi binadan təxliyə olunub

Rusiyanın Baş naziri Dmitri Medvedev keçirilən innovasiyalar forumu zamanı iştirakçılarla birlikdə zaldan təxliyyə olunub. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, diskussiyalar zamanı aparıcı təhlükəsizlik məqsədilə zalı tərk etməyə çağırıb. İştirakçılar çıxışa doğru istiqamət alıblar. Belə ki, əsas zalda yanıq qoxusu hiss edilib. Yanğından mühafizə xidmətinin əməkdaşları qısa qapanma olduğunu bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top