
Türkiyədə son sutka ərzində 52 nəfər koronavirusdan ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 110 565 şübhəli koronavirus testindən keçib, onlardan 1761-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1159 nəfər olub, 1093 xəstə isə sağalaraq evə buraxılıb.
Tətbiqimizi yükləyə bilərsiniz