
AFFA Təbrizin "Traktor" klubunu İran kubokunu qazanması münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, AFFA rəsmi "Facebook" səhifəsi vasitəsilə təbrik mesajı yayımlayıb: "Traktor" klubunu İran kubokunun qalibi olması münasibətilə təbrik edirik!"
Qeyd edək ki, "Traktor" finalda Tehranın "İstiqlal" klubunu 3:2 hesabı ilə məğlub edərək titula sahib çıxıb.
Tətbiqimizi yükləyə bilərsiniz