
Rusiyanın Türkiyədəki səfiri Andey Karlovun qətlinin arxasında kimin dayanması barədə nəticə çıxarmağa tələsmək lazım deyil. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, istintaqın yekun nəticəsini gözləmək lazımdır: “Moskva hesab edir ki, birgə istintaq qrupunun fəaliyyətinin nəticələrini gözləmək lazımdır. İndiki halda hər hansı nəticə çıxarmağa tələsməyə ehtiyac yoxdur”.
Tətbiqimizi yükləyə bilərsiniz