Naftalanda qədim abidə tapıldı - FOTO


Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Abidənin əsas təbəqəsi eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır. Eneolit dövrünə aid təbəqədən V minilliyə aid düzbucaqlı və dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab fraqmentləri və daş əmək alətləri aşkar edilib. Naftalan-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri Müzəffər Hüseynovun sözlərinə görə, abidənin mərkəzi və şimal qərb hissəsində eneolit təbəqəsinin üzərində, orta əsrlərdə məskunlaşma olub. Yaşayış yerində arxeoloji tədqiqatlar davam edir.

Esmira Hidayətova, Naftalan

DİGƏR XƏBƏRLƏR

Top