Azərbaycanın ən böyük istixana kompleksindən birinin sahibi şirkətlərini birləşdirir


Azərbaycanın ən böyük istixana kompleksindən birinə sahib olan "Binə Aqro" Qapalı Səhimdar Cəmiyyəti (QSC) yenidən təşkil olunur.
Yeniavaz.com
xəbər verir ki, "Alfa Aqro" QSC və "Habako Konstrakşn" QSC “Binə Aqro" QSC-yə qoşulurlar bu səbəbdən hər iki QSC-nin bütün hüquq və vəzifələri "Binə Aqro" QSC-yə keçir.
Məlumat üçün bildirək ki, adları qeyd olunan hər 3 QSC-nin qanuni təmsilçisi Mailov Rəşad Yadigar oğludur.
Nizamnamə kapitalı 2 min manat olan "Alfa Aqro" QSC 17.06.2016-cı ildə, nizamnamə kapitalı 160 min manat olan "Habako Konstrakşn" QSC  19.08.2009-cu ildə, nizamnamə kapitalı 2 min manat olan “Binə Aqro" QSC isə 02.07.2015-ci ildə dövlət qeydiyyatına alınıb.

DİGƏR XƏBƏRLƏR

Top