Azərbaycanlı kişi Türkiyədə arvadını vəhşicəsinə öldürdü - FOTO

Türkiyənin İstanbul şəhərində yaşayan Azərbaycan vətəndaşı Vüsal Orucov Türkiyə vətəndaşı olan və dini nigahla evləndiyi 18 yaşlı arvadı Sevilay Kayanı vəhşicəsinə qətlə yetirib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vüsal Orucov Sevilay Kayanın boğazını bıçaqla kəsib. Qatil daha sonra gənc qadının qanı ilə divara “xəyanətin cəzası ölümdür” sözlərini yazıb.

V.Orucov hadisə yerindən qaçsa da daha sonra polisə təslim olub. Onun dindirilməsi davam edir, ilkin versiyaya görə o xanımını qısqanclıq səbəbindən öldürüb.

Hadisə ilə bağlı istintaq işləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top